AZ

Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynaya səfər edib

Belqrad, 11 iyun, AZƏRTAC

Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynaya səfərə gedib.

AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç Ukrayna-Cənub-Şərqi Avropa Sammitində iştirak edəcək.

Sammit regionda mühüm təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır. Builki sammitdə də Ukrayna böhranı ilə bağlı danışıqların və müzakirələrin aparılması gözlənilir.

Xatırladaq ki, ötənilki sammit oktyabr ayında Xorvatiyanın Dubrovnik şəhərində keçirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Seçilən
70
azertag.az

1Mənbələr