AZ

Zaxarova NATO ölkələrinə rus dilini öyrənməyə başlamağı tövsiyə edib

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-ya üzv dövlətlərə artıq indidən rus dili öyrənməyə başlamağı tövsiyə edib, lakin bunun üçün "başqa motivasiya" seçmələrini məsləhət görüb.

Bizimyol.info xəbər verir ki, bundan əvvəl NATO-nun baş katibi Mark Ryutte bəyan etmişdi ki, alyansa üzv ölkələr hərbi xərclərini ÜDM-in 5%-nə qədər artırmalıdırlar, əks halda rus dili öyrənmək məcburiyyətində qalacaqlar.

Zaxarova isə alyans baş katibinin bu sözlərinə brifinqdə belə cavab verib: “Bax, bununla razılaşmamaq mümkün deyil. Artıq başlayın. Sadəcə motivasiya fərqli olmalıdır. Ümumiyyətlə, onların rus dilindən bu qədər qorxmasının səbəbi aydın deyil”, – deyə diplomat əlavə edib. Zaxarovanın fikrincə, əgər NATO ölkələri daha əvvəl böyük rus dili ilə tanış olsaydılar, onda Rusiya mədəniyyəti, tarixi və iqtisadiyyatını “ləğv etməyə” pul xərcləməyə ehtiyac duymazdılar.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

“Onda onların belə oyunlar oynamaq cəhdləri də olmazdı. Fikirləri başqa olardı. Amma görünür, yalnız indi başa düşməyə başlayırlar ki, rus dili öyrənmək həm mümkündür, həm də lazımdır”, – deyə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Son aylarda NATO və Avropa İttifaqı rəhbərləri guya Rusiyanın NATO ölkələrinə hücum etməyi planlaşdırması barədə iddiaları tez-tez təkrarlayırlar. Lakin nə alyansın baş katibi, nə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Moskvanın bunu niyə etməli olduğunu izah etmirlər.

2024-cü ilin yayında Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya informasiya agentliklərinin rəhbərləri ilə görüşündə Qərbin Rusiyanın NATO ölkələrinə hücum etməyə hazırlaşması ilə bağlı iddialarını “cəfəngiyat” adlandırmışdı.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
icma.az

1Mənbələr