AZ

"Kəpəz" də Gürcüstana qatar yolunun açılacağını gözləyir

BAKI, 11 iyun. TELEQRAF

“Kəpəz” növbəti mövsüm üçün yay təlim-məşq toplanışınının ilkin mərhələsini Gəncədə keçirəcək.

Bu barədə Teleqraf-a açıqlamasında “sarı-göylər”in yeni baş məşqçisi Adil Şükürov məlumat verib.

Onun sözlərinə görə, hazırlığın doğma şəhərdə keçirilməsinin səbəbi qatar vasitəsilə Gürcüstana səfər edərək xarici klublarla yoxlama görüşləri keçirmək imkanından yararalanmaqdır: “Gözləyirik, qatar yolu açılsın. Qatarla gedib oynayıb, geri qayıtmaq mümkündür. Bilmirik, qatar yolu açılacaq, yoxsa o müddətə qədər açılmayacaq. Amma ümumu hazırlığı Azərbaycan daxilində keçirəcəyik”.

Şükürov toplanış müddətində ümumilikdə 5 yoxlama oyunu keçirmək niyyətində olduğunu bildirib: “Iyulun 1-dən komanda toplanışa başlayacaq. Ona qədər bəzi futbolçulara baxmalıyıq. Ümumi 5 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Tarixləri tam dəqiqləşdirmədiyimiz üçün deyə bilməyəcəyəm. Rəqiblər və onlarla razılıqdan aslıdır”.

Qeyd edək ki, Adil Şükürov “Kəpəz”lə 2+1 illik müqavilə imzalayıb.

Seçilən
33
teleqraf.com

1Mənbələr