AZ

Berqamodan Romaya yollandı

“Roma” yeni baş məşqçisinin adını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Paytaxt təmsilçisi “Atalanta”da 9 il ərzində çalışan Can Pyero Qasperini ilə anlaşıb. 67 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, “Roma” ötən mövsümü Klaudio Ranyerinin rəhbərliyi altında başa vurub. Komanda A seriyasında 5-ci yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.

Seçilən
22
football-plus.az

1Mənbələr