ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tərtər, 11 iyun, AZƏRTAC
Tərtər rayonunun kümçüləri bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il 280 qutu ipəkqurdu toxumu bəsləyən rayon kümçüləri məhsul tədarükünü davam etdirirlər. Mövsümün ilk günlərində kümçülər tərəfindən 2441 kiloqram məhsul təhvil verilib. Bu il rayon üzrə 11,2 ton barama istehsalı proqnozlaşdırılır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, ipəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2024-cü illərdə Tərtər rayonunda 339 min 757 çəkil tingi əkilib. Onun 133 min ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. Ötən il rayonda 9,3 ton barama istehsal olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.