BAKI, 11 iyun. TELEQRAF
"Kəpəz" komandasında baş məşqçi Adil Şükürovun köməkçiləri müəyyənləşib.
Bu barədə Teleqraf-a Gəncə təmsilçisinin yeni baş məşqçisinin özü məlumat verib.
Mütəxəssisə İlyas Qurbanov, Zaur Əsədov və Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.
Şükürov fiziki hazırlıq üzrə məşqçinin xaricdən axtarıldığını və adının hələ dəqiqləşmədiyini bildirib.
O, müqavilə müddətinin 2 illik yox, 2+1 illik olduğunu da əlavə edib.
Qeyd edək ki, "Kəpəz" Adil Şükürovla 2 illik müqavilə imzalandığını açıqlayıb.