"Qalatasaray"ın müdafiəçisi Viktor Nelssonla İtaliya klubu "Verona" maraqlanır.
Offsideplus.az xəbər verir ki, A Seriyası klubu danimarkalı futbolçu üçün "sarı-qırmızılar"la danışıqlara başlayıb.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Nelsson 2021-ci ildən "Qalatasaray"da çıxış edir. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Roma"da keçirib.
Onun İstanbul klubu ilə 2 mövsümlük sözləşməsi qalıb.