AZ

Oyuncaqlı uşaq qidaları hansı standartlara cavab verməlidir?

Valideynlərin və qida istehsalçılarının əsas məqsədlərindən biri uşaqların sağlam və balanslı qidalanmasını təmin etməkdir. Lakin uşaqları sağlam qidalara maraqlı etmək hər zaman asan olmur. Bu çətinliyi aradan qaldırmaq məqsədilə son illərdə içərisində oyuncaq olan uşaq qidaları geniş yayılmağa başlayıb. Bəzi qidalarda isə oyuncaqlar qida ilə təmas halında olur bu isə özlüyündə təhlükə şübhəsini yaradır.

Oyuncaqlı uşaq qidaları hazırlanarkən nələrə diqqət etmək lazımdır və bu qidalar hansı standartlara cavab verməlidir?

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Orxan Musayev Operativ Media-ya açıqlama verib.

Ekspert bildirir ki, belə məhsullar mütləq sertifikatlaşdırılmalı və müasir normalara cavab verməlidir:

“Uşaq qidaları ilə birgə satışa çıxarılan oyuncaq komponentləri müasir təhlükəsizlik standartlarına və normalarına cavab verməlidir.

Oyuncaqların hazırlanması zamanı materialların toksik maddələrdən azad, uşağın yaşına uyğun və boğulma riski yaratmayacaq qədər uyğun hazırlanmalıdır. 

Əgər oyuncaq qida ilə birbaşa təmasda olarsa onun üçün xüsusi qida təhlükəsizliyi standartlarına uyğun sertifkatlaşdırılmış materiallardan istifadə olunmalıdır. Yəni oyuncaq əgər qida ilə birbaşa təmasdadırsa, bu təmas nəticəsində qidaya heç bir zərərli təsirin göstərilməməsinə xüsusi önəm verilməlidir. 
Valideynlər bu cür məhsulu seçərkən diqqətli olmalıdırlar. Etibarlı mənbələrdən məhsullar almalı və uşağların sağlamlığı üçün gigiyena qaydalarına əməl etməlidirlər. 

Oyuncaqlar hazırlanarkən qida sənayesi üçün təsdiqlənmiş toksik olmayan ağır metal və digər zərərli maddələrdən azad materiallardan hazırlanmalıdır ki, oyuncaqların səthi qida ilə birbaşa temasda olduqda materiallar qidaya keçməsin. 

Hazırlanan məhsullar mütləq sertifikatlaşdırılmalı və müasir normalara cavab verməlidir”.

Seçilən
4
operativmedia.az

1Mənbələr