AZ

Süni intellektə investisiyalar enerji sektorunu geridə qoyub

 

Süni intellektə yatırılan vəsait enerji sahəsini üstələyib.

Busaat.az xəbər verir ki, 2024-cü ilə qədər AI layihələrinə 84 milyard dollar sərmayə qoyulub. Bu, enerji ilə bağlı vençur sərmayələrindən üç dəfə çoxdur.

Enerji Ar-Ge xərcləri cəmi 1 faiz artıb, bu da son 10 ilin ən zəif göstəricisidir. Vençur kapitalı yatırımları isə 8 milyard dollar azalıb.

Çin şirkətləri 38 faizlə enerji Ar-Ge sahəsində lider olub və Avropanı geridə qoyub.

Ən yüksək Ar-Ge büdcəsinə sahib şirkətlər siyahısında Tesla, BYD və Çin şirkətləri yer alıb. Yalnız bəzi neft-qaz şirkətləri ilk 20-likdə qalıb.

Mütəxəssislər investisiyalardakı azalmaya səbəb kimi qeyri-müəyyən bazar şərtlərini və yüksək riskləri göstərirlər.

Nərmin Səmidova

Seçilən
62
busaat.az

1Mənbələr