BAKI, 11 iyun. TELEQRAF
“Ermənilər sosial şəbəkələrdəki paylaşımlarıma görə məni təhqir edirlər”.
Teleqraf xəbər verir ki, bunu sosial şəbəkə hesabında rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Buradakı şərhlərdə soyadı “yan” ilə bitən bir sıra oxucular (erməniləri nəzərdə tutur – red.) yazılarıma təhqir, bəzən hətta nalayiq ifadələrlə cavab verirlər. Onları dərhal ömürlük qadağan edirəm, şərhlərini silirəm. Bu çirkin personajlar çox aşağı mədəniyyətə malikdirlər, mədəniyyətləri döşəmədən də aşağıdadır. Amma buna baxmayaraq hər gün “ali mədəniyyət evi” olduqlarını iddia edirlər. Bu hiddət haradan gəlir?”, - ekspert bildirib.