BAKI, 11 iyun. TELEQRAF
Moskva Azərbaycan və Ermənistanın NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyətindən qaynaqlanan narahatlıqları anlayacağına və belə "aqressiv hərbi blok" ilə əməkdaşlığın potensial təhlükələrini dərk edəcəyinə ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Zaxarova qeyd edib ki, NATO-nun bu regionda mövcudluğu təhlükəsizlik üçün fayda gətirmir, əksinə, Qərb dövlətlərinin əsas məqsədi bölgədə gərginliyi artırmaq, qarşıdurma nöqtələri yaratmaqdır.
O həm Bakının, həm də İrəvanın Rusiyanın əsaslandırılmış narahatlıqlarını qəbul etməsini və əməkdaşlığın risklərini qiymətləndirməsini vacib sayıb.