AZ

Bakının mərkəzində TƏHLÜKƏ - Sürücü və piyadalar çaşbaş QALDI – VİDEO

Paytaxtın mərkəzində – Səməd Vurğun 53 küçəsində, World Biznes Mərkəzinin qarşısında yerləşən piyada keçidini göstərən nişanlanma xətti pozulub. Bu səbəbdən sürücülər keçidi görmür, piyadalar isə haradan keçməli olduqlarını müəyyənləşdirə bilmirlər.

Yolun gur avtomobil axınına malik olması təhlükəni daha da artırır. Piyadalar keçiddən istifadə edərkən tərəddüd yaşayır, onların yolun qarşı tərəfinə keçməsi gündəlik riskə çevrilib.

Ətraflı Bizim.Media-nın videosüjetində:



Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
15
2
bizim.media

3Mənbələr