AZ

Məşhur aktyordan sevgi dolu paylaşım

Məşhur aktyordan sevgi dolu paylaşım"Çocuklar Duymasın" serialında "Havuç" obrazı ilə yadda qalan aktyor və musiqiçi Furkan Kızılay, ötən həftə ailə həyatı qurduğu Tutku Yılmazla toylarından yeni fotoları ilk dəfə sosial media hesabında paylaşıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir dövrün məşhur serialı "Çocuklar Duymasın" ilə geniş pərəstişkar kütləsi qazanan Furkan Kızılay şəxsi həyatında da xoşbəxtliyi tapıb.

O, paylaşımına "Səninlə nə gözəl bir dünya" şərhini yazaraq romantik bir mesaj da əlavə edib.

Cütün nikah mərasimi ailə üzvləri və yaxın dostlarının iştirakı ilə baş tutub. Toyda Furkan Kızılayın "Survivor" yarışmasında tanış olduğu dostlarının da iştirak etməsi diqqətdən yayınmayıb.

Bununla belə, "Çocuklar Duymasın" serialında onun valideynlərini canlandıran baş rolların ifaçıları Pınar Altuğ və Tamer Karadağlının toya qatılmaması sosial şəbəkələrdə gündəm olub.

Bu vəziyyət serialın köhnə pərəstişkarları arasında müxtəlif şərhlərə səbəb olub.

Seçilən
39
sonxeber.az

1Mənbələr