Birləşmiş Millətlər Təşkilatı (BMT) Haitidə artan zorakılıq səbəbindən 1,3 milyon nəfərin məcburi köçkün olduğunu açıqlayıb.
Busaat.az xəbər verir ki, BMT-nin baş direktoru Emi Pope bildirib ki, 2024-cü ilin dekabrından bəri məcburi köçkünlərin sayı 24% artıb. O, bu vəziyyətin uşaqlar, yaşlılar və analar daxil olmaqla minlərlə insan üçün həyatı təhlükəli və dayanıqsız etdiyini vurğulayıb və dərhal tədbir görülməsinin vacibliyini qeyd edib. Pope sözlərinə görə, bu böhran artıq yeni normal ola bilməz.
Şövkət Əliyeva