AZ

Medinskinin şovinist çıxışı: Rusiyanın bəyanatlarına zidd mövqe və Cənubi Qafqazda köhnə oyunlar – ŞƏRH

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi VladimirMedinskinin qərəzli müsahibəsi mübahisə doğuracaq şəkildədir. ÇünkiPutinin köməkçisi yaxşı bilir ki, məhz Rusiya Prezidenti dəfələrləQarabağın Azərbaycan ərazisi olduğunu bildirib.

Bu fikirləri Trend-ə açıqlamasında politoloq Elşad Həsənovdeyib.

O bildirib ki, Rusiya sadəcə olaraq Cənubi Qafqazda “parçala,hökm sür” siyasəti yürüdür:

“1805-ci ildə Kürəkçay müqaviləsindən sonra Çar Rusiyasımüxtəlif ölkələrdən bu bölgəyə gələcəkdə istifadə etmək üçünerməniləri köçürüb. Rusiya hər zaman ermənilərdən öz siyasimaraqları üçün istifadə edib. Onlar quberiya halında olan ərazinierməni dövlətinə çevirdilər. Həmin tarixdən bugünədək RusiyanınErmənistanın dövlət kimi qorunub saxlanılmasında çox böyük roluolub.

Lakin 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan Qərbindəstəyi ilə Rusiyadan qopmağa çalışır. Təbii ki, Rusiya bundan razıdeyil. Onlar Paşinyanı devirib onun yerinə Rusiyayönümlü birinigətirmək istəyirlər. Medinskinin çıxışı da məhz bu məsələyəyönəlib”.

Politoloq vurğulayıb ki, bütün bunlar Rusiyanın Cənubi Qafqazdamövqeyinin zəiflədiyini göstərir.

“Rusiya Ukrayna ilə müharibədə “qələbə” üzrə olduğu dönəmlərdədə Cənubi Qafqaza tilov atır, sülh müqaviləsi imzalamaq ərəfəsindəolan Azərbaycan və Ermənistan arasında da nifaq salmağa çalışır.Rusiya münaqişə törədib hər iki tərəfə ağalıq etmək istəyir. Lakinbütün bunlar artıq keçmişdə qalıb. Onlar heç nəyə nail olabilməyəcəklər. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi zamanıda Putin dəfələrlə bildirdi ki, Qarabağ Azərbaycanındır, SergeyLavrov da bunu dəfərlərlə qeyd edib.

Medinskinin iyunun 9-dakı şovinist çıxışı qəzəb doğurur. OnaAzərbaycan Xarici İşlər Nazirliyi çox gözəl cavab verib.Medinskinin bu hərəkəti Rusiya-Azərbaycan münasibətlərinə zərbəvurmağa yönəlib. Bu da bu gün çətin durumda olan Rusiyanın xeyrinədeyil. Medinski və onun kimilərin Azərbaycana qarşı çıxışları“yuxarı”ların tapşırığı ilə edilir”, - deyə E.Həsənov qeydedib.

Seçilən
65
1
az.trend.az

2Mənbələr