AZ

Dünyanın ən bahalı beş brendi açıqlandı

2025-ci ildə dünyanın 100 ən bahalı texnologiya brendinin ümumi dəyəri 3,2 trilyon dollara çatıb. Metbuat.az-ın məlumatına görə, bu barədə “Brand Finance”ın hesabatında qeyd olunub. Siyahıda yer alan şirkətlərdən 44-ü Amerikaya məxsusdur. Bu şirkətlərin dəyəri 2,5 trilyon dollar təşkil edir ki, bu da ilk yüzlüyün ümumi dəyərinin 78 faizidir. Artıq iki ildir ki, “Apple” ən bahalı brend adını qoruyur. Şirkətin dəyəri 11 faiz artaraq 574,5 milyard dollara çatıb. İkinci, üçüncü, dördüncü və beşinci yerləri müvafiq olaraq “Microsoft” (461,1 milyard), Google (413 milyard), Amazon (356,4 milyard) və TikTok-Douyin (105,8 milyard) tutub. “NVIDIA” ən sürətlə böyüyən texnologiya brendi olub. Şirkətin dəyəri 98 faiz artaraq 87,9 milyard dollara çatıb. Bu dinamika şirkətə 2025-ci ildə ilk dəfə dünyanın ən bahalı on brendi siyahısına daxil olmağa imkan verib.

Aprelin ortalarında məlum olub ki, Fransa şirkəti “Hermes International S.C.A” rəqibi “LVMH Moet Hennessy Louis Vuitton SA”nı kapitallaşma baxımından geridə qoyaraq dünyanın ən bahalı lüks mallar istehsalçısı olub.

Seçilən
61
metbuat.az

1Mənbələr