AZ

Nəticəmi görəndə çox təəccübləndim - Yüksək bal toplayan abituriyent

II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb.

AzEdu.az abituriyentin təəssüratlarını bölüşmək üçün onunla əlaqə saxlayıb:

“Nəticəmi görəndə çox təəccübləndim. Bu qədər yüksək olacağını düşünməmişdim. Özüm bildikdən sonra valideynlərimə xəbər verdim. Onlar da mənim kimi bu nəticəyə çox sevindilər. 

Təhsilimi BANM-da almağı planlayıram. Dəqiq qərara gəlməsəm də, maliyyə, biznesin idarə edilməsi ixtisaslarını seçməyi düşünürəm”.

Seçilən
51
azedu.az

1Mənbələr