Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarından birinin qapısında şüşə olmadığı üzə çıxıb.
Publika.az xəbər verir ki, bununla bağlı sosial mediada görüntülər yayılıb.
Araşdırmamız əsasında məlum oldu ki, sərnişinlər üçün həyati təhlükəyə səbəb olan görüntülər 103 nömrəli avtobusa aiddir.
Qeyd edək ki, sözügedən avtobus Hövsan - "Neftçilər" metrostansiyası istiqaməti üzrə fəaliyyət göstərir.