AZ

Azərbaycan gəmi ixracından gəlirini 60 dəfə artırıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 929 min ABŞ dollarıdəyərində gəmilər, qayıqlar və üzən konstruksiyalar idxalolunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə, demək olar ki, eyni səviyyədə qalıb.

Hesabat dövründə sözügedən vasitələrin idxalı ölkənin ümumiidxalında 0,01% paya malik olub.

Eyni zamanda, cari ilin ilk 4 ayında Azərbaycandan 777 min ABŞdolları dəyərində gəmilər, qayıqlar və üzən konstruksiyalar ixracolunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 764 min ABŞdolları və ya 59,8 dəfə çoxdur.

Hesabat dövründə sözügedən vasitələrin ixracı ölkənin ümumiixracında 0,01% paya sahib olub.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr