2024-cü il İkinci Dünya Müharibəsindən sonra ən çox münaqişə olan il olub.
AzPost bildirir ki, bu barədə “The Times” məlumat verib.
İsveçin “Uppsala Conflict Data Program”na əsasən, ötən il dövlət səviyyəsində 61 silahlı münaqişə qeydə alınıb. Onlardan 11-i döyüş zamanı 1000-dən çox insanın həlak olduğu genişmiqyaslı müharibələrə çevrilib.
Eyni zamanda, mülki əhali arasında itkilərin sayı 31 faiz artaraq 13900 nəfərə çatıb. Ukraynadakı müharibə ən dağıdıcı müharibə olaraq qalır. Keçən il dünyada təxminən 160,000 insan ölüb. Bu da 1989-cu ildən bəri beşinci ən yüksək ölümdür.