AZ

DYP-dən skuterlə hərəkət edənlərə XƏBƏRDARLIQ

Bakı.Trend:

Son illər ölkəmizdə skuter və digər elektrikli fərdi hərəkətvasitələrindən istifadə hallarında əhəmiyyətli artım müşahidəolunur. Lakin, bu nəqliyyat vasitələrində hərəkət edən bəzişəxslərin yol hərəkəti qaydalarına laqeyd münasibəti onlarınözlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığıüçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyinin skuter sürücülərinəmüraciətində bildirilib.

Qeyd edilib ki, skuterlərfın istifadə zamanı ən çox rast gəlinənqayda pozuntuları sırasında aşağıdakılar yer alır:

- bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi vəqəza riskini artırır);
- piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
- işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
- gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsizhərəkət;
- azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yolhərəkətinə qoşulması.

"Qeyd olunan bu cür davranışlar təkcə inzibati məsuliyyətdoğurmur, eyni zamanda ağır nəticələrə səbəb ola biləcək qəzalarazəmin yaradır.

Bir daha xatırladırıq:

Skuter nəqliyyat vasitəsidir və onu idarə edən hər bir şəxs yolhərəkəti haqqında qanunvericiliyin tələblərinə ciddi şəkildə əməletməlidir.

Unutmayaq: Bir anlıq məsuliyyətsizlik, ömürlük peşmançılığasəbəb ola bilər!", - qurumdan vurğulanıb.

Seçilən
20
44
az.trend.az

10Mənbələr