AZ

ŞKTC naziri Türk dövlətlərinə təşəkkür edib

Şimali Kipr Türk Respublikasının (ŞKTC) əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu ölkəsinə Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusda çıxış etmək imkanı yaratdıqlarına görə Türk dövlətlərinə təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə o, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 11-də Bakıda “Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” mövzusunda keçirilən tədbirdə danışıb.

Çıxışçı bu yolda Türkiyəyə həm can, həm də könül borcları olduğunu vurğulayıb.

Sadık Qardiyanoğlu Azərbaycanın Qarabağ zəfərindən də söz açaraq vurğulayıb ki, İkinci Qarabağ müharibəsi dövründə bütün türklərin qəlbi Azərbaycanda döyünürdü: “Biz Azərbaycanın qələbəsini sevinc göz yaşları ilə izləyirdik”.

Seçilən
54
report.az

1Mənbələr