“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 2 226 980,32 manat və yaxud 9,2 % azaldaraq 24 201 360,32 manatdan 21 974 380 manata endirməyi planlaşdırır.
“Report”un əldə etdiyi məlumata görə, bunun üçün şirkətin dövriyyədə olan 36 472 səhminin nominal dəyərinin 663,56 manatdan 602,5 manata endirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 2008-ci ildə yaradılıb. Onun səhmdarları 28 % payla İslam İnkişaf Bankı, 24 % payla İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC, 18 % payla Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, 16 % payla “Al Ahmar Group for Trading, Industrial & General Agencies” və 14 % payla “Saham Holding Company”dir.