AZ

De Bruynenin yeni klubu müəyyənləşdi

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne yaxın günlərdə "Napoli"nin futbolçusu olacaq.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, 33 yaşlı belçikalı futbolçu İtaliya klubuna keçidlə bağlı yekun razılığını verib. O, tibbi müayinədən sonra "Napoli" ilə ikiillik müqavilə imzalayacaq.

De Bruyne "Mançester Siti"dən ayrılacağını bu ilin aprel ayının əvvəlində açıqlayıb. Onun klubla müqaviləsi iyun 30-da başa çatır. Belçikalı yarımmüdafiəçi "Siti"nin heyətində ümumilikdə 422 oyun keçirib, 108 qol vurub və 177 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
41
publika.az

1Mənbələr