AZ

Reket jurnalistikasını yeniləyən həmin məktəb direktorlarıdır – Deputat jurnalistləri müdafiə edib

Regionda olan məktəblər və həmin məktəblərin direktorları reket jurnalistikası ilə yaxından iştirak edirlər. Bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. 


“Müəllimlərlə bağlı videoların mətbuatda işlqlandırılması üçün mətbuata edilən xəbərdarlığı doğru hesab etmirəm. Regionalarda olan neqativ videoları çəkən mətbuat orqanı deyil. Elə həmin məktəblərin öz aralarında çəkilib sosial şəbəkələrdə yayılan videolardır. Məsulliyyəti də həmin şəxslər çəkir. Hüquqi cəhətdən hansısa addımlarım atılmasına səy göstərimişikmi? Neqativ hallarla bağlı heç bir hüquqi addıma tılmır. Boşluqlar xüsusən də rgionda olan məktəblər zamanında reket jurnalistka ilə bağlı çox yaxından iştirak edirlər. Reket jurnalistikanı yeniləyən həmin məktəb direktorlarıdır”, - deputat iyunun 11-də elm və təhsil komitəsinin iclasında bildirib. 


Bu gün elm və təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov mətbuata çağırış edərək bildirib ki, müəllimlərlə bağlı videoların yayılması doğru deyil. Deputat əsaslandırıb ki, bu cür məsələlərdə mətbuat həssas yanaşmalıdır. 

Gülnar Nazimqızı

Seçilən
21
1
anews.az

2Mənbələr