AZ

Deputat: Reket jurnalistləri yemləyən təhsil müəssisələrinin rəhbərləridir

BAKI, 11 iyun. TELEQRAF

"Problem müəyyən vaxtlarda müxtəlif məktəblərin özündən qaynaqlanır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin Elm və Təhsil Komitəsində müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Deputat Tovuz rayonunda müəllimə üzük bağışlanmasını çəkib paylaşanların hüquqi məsuliyyət danışığını deyib:

"Rayonların birində baş verən son hadisə ilə bağlı həmin o videonu media nümayəndələri yox, prosesin içində iştirak edən şəxslər çəkiblər, paylaşıblar. Bu məsələyə görə onlar hüquqi məsuliyyət daşıyırlar. Eyni zamanda rüşvət formasında müəllimə üzük hədiyyə edən insan da məsuliyyət daşıyır. Bu məsələnin hüquqi cəhətdən həlli istiqamətində hansısa addımların atılmasına səy göstərmişikmi? Mediada yalnız mövcud olan hadisənin üzə çıxması yer alıb. Lakin məsələnin hüquqi tərəfləri var. Media neqativ hallara yol verirsə, normativ hüquqi aktlara uyğun olaraq onun fəaliyyəti tənzimlənməlidir və bu problemlərin ortaya çıxması üçün zəmin yaradılmamalıdır. Bu boşluqlar ola-ola xüsusilə regionlarda olan məktəblər bizim daim zamanında mübarizə apardığımız reket jurnalistika ilə çox yaxından əməkdaşlıq edir. Reket jurnalistikanı yemləyən yerlərdəki, regionlardakı həmin şəxslər, məktəb direktorları, təhsil müəssisələrinin rəhbərləridir".

Seçilən
40
2
teleqraf.com

3Mənbələr