AZ

İsrailin ABŞ ilə razılaşdırmadan İrana qarşı əməliyyat keçirməsi real deyil -ŞƏRH

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı İrana qarşı hərbi əməliyyatların əleyhinə olduğunu bildirib. Bu barədə "Axios" portalı Amerika və İsrail rəsmilərinə istinadla məlumat yayıb. Məlumata görə, Tramp söhbət zamanı vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı razılıq əldə olunması üçün real imkanlar mövcuddur və diplomatik həll yolu hələ də gündəmdədir.

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, İsrail ABŞ-nin regionda ən etibarlı müttəfiqlərindən biridir:

“Bu ölkə ABŞ üçün Yaxın Şərqdə strateji əhəmiyyətə malik dayaq nöqtəsi, hərbi və siyasi bazasıdır. ABŞ və İsrail Yaxın Şərqdə bir çox məsələlərdə eyni mövqedən çıxış edir və sıx əməkdaşlıq qurublar. ABŞ ilə İran arasında keçirilən görüşləri İsrail rəsmiləri və hökuməti yaxından izləyir. Bu görüşlər zamanı İsrail tərəfi bəyan edib ki, dialoq prosesi davam etdiyi müddətdə İrana qarşı hər hansı hərbi əməliyyatın aparılması gözlənilmir. Hesab edirəm ki, İsrailin ABŞ ilə razılaşdırmadan  İrana qarşı hər hansı hərbi əməliyyat keçirməsi real deyil. Trampın İranla diplomatik münasibətlərə üstünlük verməsi isə Amerikanın bölgədə yeni bir qaynar nöqtənin yaranmasını istəmədiyini göstərir. Bu yanaşma ABŞ-nin hərbi qarşıdurmadan daha çox danışıqlara və diplomatik həll yollarına üstünlük verdiyinin nümayişidir. Bütün bunlar onu deməyə əsas verir ki, aparılan danışıqlar prosesi müəyyən nəticələrin əldə olunmasına da töhfə verə bilər”.
Seçilən
43
50
sherg.az

10Mənbələr