AZ

680 bala qane olmayan Xədicə növbəti planını açıqladı

BAKI, 11 iyun. TELEQRAF

Bu gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilmiş qəbul imtahanının nəticəsini elan etdi.

Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni 680.0 bal toplayan Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu Xədicə İsmayılzadə göstərib. O, buraxılış imtahanında 300, ixtisas üzrə imtahanda isə 380.0 bal toplayıb.

Uğurunu və hislərini Teleqraf-la bölüşən Xədicə İsmayılzadə deyib ki, uzun müddətdir bu nəticəyə doğru çalışıb:

“Demək olar ki, bütün vaxtımı dərslərə ayırmışdım. Əsas məqsədim yüksək bal toplamaq idi. Yaxınlarım da mən də bu nəticəni gözləyirdim, amma daha yüksək bal toplamaq istəyirəm”.

O, ixtisas seçimi ilə bağlı hələ dəqiq qərar vermədiyini deyir:

“Hazırda seçimim arasında ADA Universiteti, İqtisad Universiteti və Bakı Ali Neft Məktəbi var. Dəqiq qərar verməmişəm, amma bu üçü arasında düşünürəm”.

Xədicə ikinci cəhdlə yenidən imtahan verməyi planlaşdırır:

“Əlbəttə bu nəticə ilə universitetə qəbul ola bilərəm, amma ikinci dəfə imtahan verməyi düşünürəm. Özümə inanıram və daha yaxşı nəticə göstərə biləcəyimə əminəm.

Hazırda təhsilimi ölkə daxilində davam etdirməyi düşünürəm. Amma gələcəkdə imkan olsa, beynəlxalq təhsil variantlarını da nəzərdən keçirə bilərəm.”

Seçilən
71
teleqraf.com

1Mənbələr