AZ

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Bajkı. Trend:

Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığıngenişləndirilməsi imkanları dəyərləndirilib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, iyunun 11-də Azərbaycan Respublikası maliyyə nazirininbirinci müavini Anar Kərimov Dünya Bankının Azərbaycan üzrə ölkəmeneceri Ştefani Ştalmeysteri və Bankın Avropa və Mərkəzi Asiyaregionu üzrə Dövlət İdarəçiliyi və İnstitusional İnkişafProqramının rəhbəri və bu sahədə təcrübələr üzrə meneceri AdrianFozzardı qəbul edib.

Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında mövcud olanəməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycan hökumətinin buəməkdaşlığın genişləndirilməsində maraqlı olduğu qeyd edilib.Azərbaycanın uzun illər ərzində Dünya Bankı ilə əməkdaşlıqdanfaydalandığı, Bank tərəfindən müxtəlif sahələrdə maliyyələşdirilənlayihələrin və göstərilən texniki yardımların ölkəmizinsosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verdiyi qeydolunub.

Görüşdə Bankın dəstəyi ilə həyata keçirilən və hazırda icrasıdavam edən dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatlaradair texniki yardım və bu çərçivədə gələcək əməkdaşlıq imkanlarıətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
30
4
az.trend.az

8Mənbələr