Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislamAllahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) Baş katibiJerry Pilleyə etiraz məktubu göndərib.
Trend xəbərverir ki, QMİ sədri Ümumdünya Kilsələr Şurasını ədalətlidinlərarası dialoq və səmərəli əməkdaşlıq müstəvisi kimitanıdıqlarını, 1993-cü ilin 8 fevral tarixində Montrödə keçmişErmənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətindədəyərli addım atıldığını, məhz ÜKŞ-nin vasitəçiliyi ilə iki ölkənindini liderlərinin iştirakı ilə yüksək səviyyəli görüş təşkilolunduğunu xatırladıb.
“Əfsuslar olsun ki, sərhədimizə qədər gələrək oradantorpaqlarımıza binoklla boylanmağı özünə rəva bilən cənabınızınerməni tərəfinin bilavasitə təsiri altında verdiyi açıqlamalarıqeyri-obyektivliyi və qərəzliliyi ilə Azərbaycan xalqının haqlınarazılığına səbəb olub. O zaman verdiyimiz bəyanatlarımızda vədaha öncə sizə ünvanlanan məktublarımızda bildirmişik və bu gün dəisrarla vurğulayırıq ki, dini liderlər Vahid Yaradana və Haqqaxidmət etməli, heç bir vəchlə münaqişəyə və qarşıdurmaya deyil,sülhə, dinc birgəyaşayışa və qarşılıqlı anlaşmaya töhfəverməlidirlər”, - Allahşükür Paşazadə qeyd edib.