Avropa Şurasının Baş katibi Alen Berse İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
APA xəbər verir ki, bu barədə Alen Berse sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, görüş zamanı regiondakı vəziyyət müzakirə olunub:
“Biz Ermənistanın demokratik islahatlar yolu və regionda sabitlik məsələlərini müzakirə etdik”, – o qeyd edib.
Baş katib, eyni zamanda, görüşdə Azərbaycanla davamlı sülhün vacibliyinin də diqqət mərkəzində olduğunu vurğulayıb.