AZ

Kütahyada 3,1 bal gücündə zəlzələ olub

BAKI, TurkicWorld

Kütahyanın Simav rayonunda yenidən zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, Türkiyənin Kandilli Rəsədxanası Kütahyanın Simav rayonunda bu gün 3,1 bal gücündə zəlzələ qeydə alındığını açıqlayıb.

Zəlzələnin yerin 4,3 kilometr dərinliyində baş verdiyi bildirilib.

Qeyd edək ki, ötən gün eyni rayonda 4,5 bal gücündə yeraltı təkanlar müşahidə olunmuşdu.

Hazırda bölgədə hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.

Seçilən
40
turkic.world

1Mənbələr