AZ

“Füzuli qəzəlləri Azərbaycan musiqisində” kitabı nəşr olunub

Bakı, 11 iyun, AZƏRTAC

AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Kazımovanın “Füzuli qəzəlləri Azərbaycan musiqisində” kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitabda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərinin yüksək poetikası, daxili ritmi, vəzn və bəhr xüsusiyyətləri araşdırılır, muğamlarımıza, musiqimizə təsiri tədqiq edilir.

Nəşrin elmi redaktoru akademik Zemfira Səfərova, rəyçiləri isə akademik Nizami Cəfərov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadədir.

Seçilən
53
1
azertag.az

2Mənbələr