AZ

Azərbaycana qarşı dezinformasiya və kiberhücum əməliyyatları necə reallaşdırılıb?

“The Insider” Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (Главное Разведывательное Управление, (QRU)) 29155 saylı hərbi hissəsinin nəzdindəki xüsusi təyinatlı bölmənin fəaliyyəti ilə bağlı geniş araşdırma yazısı təqdim edib.

“Fırıldaqçılar, qatillər, tələbələr. QRU təxribatçı hakerlərdən ibarət komandanı kimlərdən formalaşdırdı və niyə uğursuz oldu?” adlı məqalədə QRU-nun “29155” saylı xüsusi təyinatlı bölməsinin indiyə qədər həyata keçirdyi məxfi əməliyyatlardan bəziləri haqda (Solsberidə Skripalın və Bolqarıstanda Emilian Gebrevlərin zəhərlənmələri, Bolqarıstan və Çexiyadakı hərbi anbarlarda törədilən partlayışlar) ötəri, hakerlik fəaliyyətləri və digər virtual əməliyyatlar haqda isə geniş məlumat verilir.

“The Insider”-in araşdırması onunla diqqət çəkir ki, redaksiya əməkdaşları hakerlərin serverində boşluq tapıb, şəbəkəyə sıza bilmiş və QRU-nun xüsusi təyinatlı bölməsinin seçdiyi hədəflərin tam siyahısını çıxarmışlar. Siyahıda Ukraynanın dövlət şirkətlərindən tutmuş Avropadakı infrastruktur obyektlərinə, Qətər bankına və hətta dünya üzrə bir çox tibb klinikalarına qədər müxtəlif hədəflərin olduğu aşkarlanıb. Əməkdaşlar hakerlərin zənglərini, təyyarə uçuş biletlərini, trayektoriyaları və yazışmalarını tədqiq edib haker qrupun onlarla üzvünü, o cümlədən vaxtilə məhkumluq həyatı yaşamış haker-karderləri, işə cəlb edilmiş təcrübəsiz məzunları, bu qurumun zəhərlənmə və təxribat əməliyyatları üzrə veteranlarını müəyyən edə biliblər.

Araşdırmada Azərbaycanla bağlı məqamlar da var.

Publika.az xəbər verir ki, Faktyoxla Lab. Azərbaycana qarşı dezinformasiya və haker hücumu olduğu iddia edilən 3 hadisəni araşdırıb.

Əvvəlcə, qeyd edilən məxfi qurumun tərkibində fəaliyyət göstərən xaker qrupları haqda qısa arayış verək.

Bəlli olur ki, QRU-nun nəzdində hakerlər qrupunun olması haqda ilk məlumatı da “The Insider” saytı yayıb. 2017-ci ildə sayt araşdırma apararaq yazmışdır ki, 26165 saylı hərbi hissənin nəzdində “Fancy bear” (və ya “APT28”) haker qrupları fəaliyyət göstərir.

Hansılar ki, Hillari Klintonun, Emmanuel Makronun və bir çox beynəlxalq təşkilatların e-mail və saytlarını sındırmaqla tanınınıblar. Sonradan QRU-nun “Sandworm” adlı (“74455” saylı h/h) digər qrup da fəaliyyətə başlayıb. Bu qrup isə Ukraynada elektrik stansiyalarını “söndürən”, NATO hərbi obyektlərinə “hücum” edən ən təhlükəli virus sayılan “NotPetya” virusunun yaradıcısıdır.

ABŞ-nin Federal Tədqiqatlar Bürosu (FBI) 2024-cü ilin sentyabr ayında QRU-nun “29155” saylı hərbi hissəsinin nəzdində fəaliyyət göstərən hakerlər qrupu haqda axtarış elan etmişdi.

Azərbaycanla bağlı 3 hadisə

1-ci hadisə. Araşdırmada qeyd olunur ki, QRU-nun zabitlərindən biri Tim Stiqal saxta informasiyalarının yayılmasına bolqar jurnalist Dilana Qaytancıyevanı da cəlb edə bilib.

O məlumatlarına leqitimlik fonu vermək üçün “Twitter”-də "Anonymous Bulgaria” saxta profilindən istifadə edib. Bu profil növbəti paylaşımlarından birində Azərbaycanın Bolqarıstandakı səfirliyinin sındırılmış yazışmalarını paylaşıb.

Araşdırmada Tim Stiqalın kimliyi haqda ətraflı məlumat verilib. Qeyd olunub ki, bu şəxs QRU-nun məlum xüsusi təyinatlı bölməsinin Avropada həyata keçirdiyi əksər təxribatçı fəaliyyətlərin təşkilatçısı və ya iştirakçısı olub. Etnik çeçendir. O, əvvəllər Dağıstanda yaşayıb, bloger kimi fəaliyyət göstərib. “Forex”-də İslam qaydaları ilə ticarət haqda kitabın müəllifidir. O QRU-nun diqqətinə Rusiyanın o vaxtkı prezidentliyə namizədi Dimitri Medvedyevin seçkiqabağı təşviqat kampaniyası zamanı namizədin “tvitter” hesabına yazdığı şərhlə düşüb. Ondan sonra əməkdaşlığa cəlb edildiyi ehtimal olunur.

2012-ci ildə Stiqal Medvedyevin “Bizimkilər” ( “Наши”) hərəkatının Dağıstan nümayəndəliyini yaradıb və elə həmin il Mahaçqalanın mərkəzi meydanının adının “Putin Meydanı”na dəyişmək təşəbbüsü ilə flaşmob təşkil edib. “The Insider” ehtimal edir ki, Tim Stiqal həmin dövrdə Federal Təhlükəsizlik Xidmətinin (FSB) Hərbi Əks-kəşfiyyat Departamenti ilə əməkdaşlıq edirmiş. Yalnız 2014-cü ildə QRU-nun məxfi hərbi hissəsinin rəisi Averyanovun komandasına keçirilib.

2014-cü ildə Stiqal “Danila Maqomedov” adına yeni pasport əldə edir. “The Insider” müəyyən edib ki, bu pasportun seriya və nömrə diapazonu Britaniyada Skripalı zəhərləyən “Petrov” və “Başirov” adlı şəxslərin pasport seriya və nömrələri ilə uyğun gəlir.

Məlum olur ki, Stiqal sanki Dilana ilə yenicə və elə “Twitter”-də tanış olmaları görüntüsü yaradıb və Dilananın bu fakta inanması üçün bir neçə tanınmış jurnalist və blogeri onunla danışıqlara istiqamətləndirib. Amma araşdırmalardan belə anlaşılır ki, onlar arasında əvvəldən əlaqə və qarşılıqlı, dayanıqlı inam mühiti mövcud olub.

Bu yazışmadan bir neçə gün sonra Dilananın əməkdaşlıq etdiyi Bolqarıstanın “Trud” qəzetində ”Silk Way” aviasiya şirkətinin dünyanın münaqişə zonalarına silah daşıması haqqında sensasiya doğuran məqaləsi yayılır.

Burada diqqətçəkən məqam təkcə xəbərin dezinformasiya üzərində qurulması deyil, yalnız bolqar dilində xəbər yayan qəzetdə məhz bu məqalənin ingilis dilində verilməsidir. İkinci məqam, təqdim olunan yazışmaların skrinlərində görünür. Məlum olur ki, QRU-nun məqsədi tək informasiya tullantısının yayılması yox, həm də Bolqarıstana siyasi təzyiq məqsədilə səfirlik qarşısında etiraz aksiyalarının təşkili və Bolqarıstanın hərbi ixracına nəzarət tətbiq etmək olub.

Burada bir haşiyə çıxaq. Araşdırmamız nəticəsində dəqiqləşdirə bildik ki, Dilana Qaytancıyevanın saxta informasiyalardan formalaşdırdığı bu bədnam yazı Azərbaycandilli mediada çox az işıqlandırılıb, bircə Azərbaycana qarşı təxribatlarda ilk sıralarda dayanan “MeydanTV”-dən başqa. Xaricdən maliyyələşən bu sayt dezinformasiya dolu bu məqaləni qeyri-peşəkarcasına (diqqəti özündən yayındırmaq və çox hədəfə gəlməmək üçün) kiçik tənqidlərlə (“Rusiya deyil, daha çox erməni mənbələr yayıblar”, “guya bu şirkət terrorçu daşıyırmış”) məqaləni yayımlayıb.

Seçilən
54
10
publika.az

10Mənbələr