İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 min 431 vahid artıb və 2025-ci ilin iyun ayının 1-nə 1 milyon 867 min 346 olub.
Marja.az xəbər verir ki, bu, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 451 min 200 vahid artaraq 991 min 122 təşkil edib.