Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun tərkibi genişlənib.
Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanla Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın 15 nəfərdən ibarət İşçi qrupu daimi fəaliyyət göstərəcək.
Son Yazılar:
- İlham Əliyevdən bu qurumla bağlı FƏRMAN
- Lənkəranda 8 yaşlı uşağı maşın VURDU
- Daha bir tiktoker ev dustaqlığına BURAXILDI
Bu vaxta qədər sözügedən işçi qrup 8 nəfərdən ibarət olub.
Azərbaycan Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.