GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı açıqlamasından sonra Moskva-Bakı münasibətlərindəki mövcud gərginliyin daha da artdığı müşahidə olunur. Medinski Qarabağı Rusiyanın ələ keçirdiyi Ukrayna torpaqları ilə müqayisə etdi və buranı “mübahisəli ərazi adlandırdı”. Rəsmi Bakının etirazından sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bir daha vurğuladı. Məhz bundan sonra “RİA Novosti” adı açıqlanmayan mənbələrə istinadən yaydığı məlumat diqqət çəkdi. Nəşr Kremlin Bakıdan Krım, Donetsk, Luqansk, Sevastopol və Zaporojyeni Rusiya əraziləri kimi tanımasını gözlədiyini yazdı.
Hazırda Azərbaycanla münasibətlərdə müşahidə olunan soyuqluğa rəğmən Rusiya tərəfinin belə bir məlumat yaymasında məqsəd nədir? Ümumiyyətlə, rəsmi Bakı Kremlin gözləntisinə necə cavab verəcək?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Vladimir Medinskinin verdiyi açıqlama Azərbaycanın ərazi bütövlüyünə kölgə salmaq cəhdidir:
“Bu açıqlamanın qəsdən və ya təsadüfən verildiyini söyləmək çətindir. Ancaq istənilən halda Medinski rəsmi şəxsdir və səsləndirdiyi fikirlər diqqət çəkir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son açıqlamasından da aydın olur ki, Rusiyanın mövqeyi fərqlidir.
Doğrudur, Rusiya 1990-cı illərdə Azərbaycanın bəzi ərazilərinin Ermənistan tərəfindən işğalında birbaşa rol oynayan ölkələrdən biri olub. Hətta bu prosesdə aktiv iştirak etsə də, beynəlxalq hüquq baxımından BMT-nin qəbul etdiyi 4 qətnaməyə də səs verib. Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə təsdiqlənib.
Bununla yanaşı, Rusiya Ermənistanı dəstəkləməklə və Azərbaycan ərazilərində separatçı qurumlar yaratmaqla işğalın davam etməsinə həm açıq, həm də gizli şəkildə dəstək verib. “Lavrov planı” adlandırılan bədnam sənəddə də faktiki olaraq bu işğalın leqallaşdırılmasına cəhd göstərilib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Həmçinin oxuyun:
Trampın işğalla hədələdiyi ölkə Bakının qapılarında – İLK DƏFƏ
Oqtay Qasımov
Son zamanlar Rusiyadan gələn açıqlamalardan belə görünür ki, əsas məqsəd Azərbaycan üzərində təzyiq qurmaqla, Ukraynanın işğal olunmuş ərazilərinin rəsmi Bakı tərəfindən tanınmasına nail olmaqdır. Rusiya işğalçılıq siyasətini dəstəkləyən tərəfdaşlarının bu addımı normal qarşıladığını göstərmək istəyir ki, Ukrayna ərazilərini daha asan ilhaq edə bilsin.
Rusiyadan ciddi şəkildə asılı olan bəzi post-sovet ölkələri bu addımı atmağa məcbur edilə bilər. Kreml bu siyasəti vaxtilə Abxaziya və Cənubi Osetiyanın işğalı zamanı da tətbiq etmişdi. O zaman da bir sıra ölkələr bu bölgələrin “müstəqilliyini” tanımışdı.
Lakin Azərbaycanın Ukrayna ərazilərini Rusiya torpaqları kimi tanıması qətiyyən gözlənilmir. Bu, mümkün deyil. Rəsmi Bakı Cənubi Qafqazın əsas oyunçularından biridir və kifayət qədər ciddi potensiala malikdir. Azərbaycan Rusiyanın bu cür şantajına boyun əyməyəcək.
Bununla yanaşı, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik münasibətləri də bu təzyiqlərin qarşısının alınmasında önəmli rol oynayacaq. Azərbaycan beynəlxalq hüquq və ədalət prinsiplərinə sadiq olan dövlətdir. Heç bir halda Ukrayna ərazilərinin Rusiya tərəfindən işğalını qəbul etməyəcək. Bu, Azərbaycanın özünün vaxtilə məruz qaldığı vəziyyətin bir analoqudur. Ukrayna özü razılıq verdiyi halda, Azərbaycan məsələyə müsbət yanaşa bilər”.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.