Rusiya ilə mübadilə çərçivəsində müharibədə həyatını itirən 1212 Ukrayna əsgərinin cənazəsinin qəbul edildiyi bildirilib.
News24.az xəbər verir ki, Rusiyanın Xarkov, Luqansk, Donetsk, Zaporojya, Xerson və Kursk vilayətində baş verən qarşıdurmalarda həyatını itirən əsgərlərin cənazələrinin ölkəyə gətirildiyi bildirilib və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Ukraynanın müvafiq qurumlarının cənazələrin qaytarılmasında mühüm xidmətləri olduğu qeyd edilib.
Həlak olan əsgərlərin şəxsiyyətinin müəyyən edilməsinə çalışılacağı da qeyd edilib.
Günel Məlikzadə