Bosniya və Herseqovina Federasiyası Xalqlar Assambleyasının sessiyası təxirə salınmalı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Buna səbəb Səlahiyyətlilərin salonda ilan olduğunu bildirməsi olub.
Sosial mediada paylaşılan görüntülərdə zaldakı ilanın bir işçi tərəfindən çıxarıldığı görülüb.
Akt zalında tapılan ilan qısamüddətli çaxnaşma yaradıb.