AZ

İnsan sifətli balıq AŞKARLANDI – VİDEO

Britaniyada insan üzlü sazan balığı aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “What’s The Jam” məlumat yayıb.

Nəşr yazdığına görə, Böyük Britaniyada “sifəti insan üzünə bənzəyən” sazan o qədər məşhurlaşıb ki, sahibi bağçanın hasarını möhkəmləndirməli, kameralar qoymalı və mühafizəçi tutmalı olub.

Bob adı verilən qeyri-adi balıq başında insan üzünü çox xatırladan ləkələrin unikal naxışı sayəsində diqqət çəkib. Bu sazan 4 ildir landşaft dizayneri Malkolm Pousona məxsus gölməçədə yaşayır.

Sazan çox populyarlaşıb. 150 funta alınan balıq indi yeddi min funta təklif olunur. Lakin sahibi Bobu satmaq niyyətində deyil.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
31
interpress.az

1Mənbələr