AZ

Ermənistan 180 kv.km ərazini Azərbaycana verəcək – İDDİA

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti qəribə iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, nəşr Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası məsələsi ilə bağlı gizli danışıqlar aparıldığını və razılıq əldə edildiyini iddia edib.

Məlumatda deyilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev arasında sərhədin delimitasiyası məsələləri ilə bağlı uzunmüddətli danışıqlar aparılıb. “Nəticədə tərəflər Ermənistan-Azərbaycan sərhədinin haradan və necə keçəcəyi ilə bağlı ilkin razılığa gəliblər. Ermənistan tezliklə 180 kvadrat kilometr ərazini Azərbaycana verəcək, əvəzində isə cəmi 25 kvadrat kilometr ərazi alacaq”.

Həmin iddiaya görə, bununla bağlı xəritələr də dəqiqləşdirilib. “Hraparak” bu xəritələri tezliklə paylaşacağını bildirib.

Lakin Ermənistan baş nazirinin müavini Mher Qriqoryan məlumatı təkzib edib. O bildirib ki, sərhədlərin demarkasiya və delmitasiya prosesini Azərbaycan və Ermənistan arasında yaradımış birgə komissiya həyata keçirir. O qeyd edib ki, TŞ katibinin bu prosesdə iştirak hüququ və imza atmaq səlahiyyəti yoxdur.

Fərda Uğur

Seçilən
42
tribunainfo.az

1Mənbələr