AZ

Havadan benzin istehsal edəcəklər

ABŞ şirkəti havadakı karbon qazından istifadə edərək qalıqsız benzin istehsal edən cihaz hazırlayıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Cihazın bazara 2025-ci ilin payızında təqdim ediləcəyi gözlənilir.

Nyu-Yorkda yerləşən yanacaq şirkəti Aircela, birbaşa atmosferdən karbon qazını tutaraq benzin istehsal edən yeni maşın hazırladığını açıqlayıb. 

Şirkət bildirir ki, qurğu yalnız hava, su və bərpa olunan enerji ilə işləyir və ətraf mühitə zərərli tullantılar əmələ gətirmir.

Təxminən sənaye soyuducusu ölçüsündə olan cihaz, illərdir mövcud olan “birbaşa karbon tutma” texnologiyasından fərqli şəkildə istifadə edir. 

Mövcud texnologiyalar adətən karbonun tutulması və saxlanmasına diqqət yetirsə də, Aircela-nın maşını həmin karbonu birbaşa yanacağa çevirir.

Seçilən
69
operativmm.az

1Mənbələr