BAKI, 11 iyun. TELEQRAF
İyunun 14-16-da Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişdiriləcək.
Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumata görə, qatarlar 14 və 16 iyun tarixlərində şənbə qrafiki ilə hərəkət edəcəklər.
15 iyunda isə qatarların qrafiki bazar gününün qrafiki ilə hərəkət edəcək.