Bakı.Trend:
2 mart 2024-cü il tarixdə tanışını bıçaqla zədələyərək xəsarətyetirən şəxsin işinə yenidən baxılıb.
Trend xəbərverir ki, hadisə tanışların içki qəbul etdikdən sonra aralarındayaranan mübahisə səbəbilə baş verib.
Belə ki, hadisə baş verən zaman onlar 4 nəfər olublar. Onlarspirtli içki qəbul etdikdən sonra kafedən ayrılan zaman 2 nəfəröndə, 2 nəfər isə arxada gedib. Söhbət zamanı onlardan biri sözaçaraq bildirib ki, onların məhəlləsində müğənnilər gəlib çox yaxşıpulsuz konsert verirlər. Digəri əvvəllər icra nümayəndəsi işlədiyiüçün deyib ki, pulsuz heç bir müğənni konsert vermir, sadəcə bütünmüğənnilərin sponsorları var və belə tədbirləri sponsorlar təşkiledir. Bu sözdən sonra təqsirləndirilən şəxs heç bir səbəb olmadanqalxıb və ona 1 sillə vurub. Daha sonra onları ayırmağa çalışanşəxslərdən biri təqsirləndirilən şəxsin əlindəki bıçaqlayaralanaraq xəstəxanaya yerləşdirilib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, yaralanan şəxsləheç bir ədavəti olmayıb. Zərərçəkən o və digər şəxsin mübahisəetdiyini görüb və araya girmək istəyən zaman istəmədən ona xəsarətyetirib. Şəxsə əvvəlcə 3 il 11 ay 27 gün azadlıqdan məhrumetməcəzası təyin edilib.
Daha sonra isə təqsirləndirilən şəxs barədə dövlət ittihamçısıtərəfindən apellyasiya protesti verilib. Bakı ApellyasiyaMəhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin CinayətMəcəlləsinin 131 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dairBakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərintörədilməsində təqsirli bilinərək məcəllənin 126.2.4-cü maddəsi ilə6 il müddətə azadlıqdan məhrumetmə cəzası, 221.3-cü maddəsi ilə 3il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyinedilmiş cəzalar qismən toplanmaqla təqsirləndirilən şəxs qətiolaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.