Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) Baş katibi Jerry Pilleyə etiraz məktubu göndərib.
QMİ sədri Ümumdünya Kilsələr Şurasını ədalətli dinlərarası dialoq və səmərəli əməkdaşlıq müstəvisi kimi tanıdıqlarını, 1993-cü ilin 8 fevral tarixində Montrödə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dəyərli addım atıldığını, məhz ÜKŞ-nin vasitəçiliyi ilə iki ölkənin dini liderlərinin iştirakı ilə yüksək səviyyəli görüş təşkil olunduğunu xatırladıb.