Bakı. Trend:
Azərbaycanda yeni avtomat meteoroloji stansiyalarquraşdırılacaq.
Trend-inməlumatına görə, Azərbaycan Respublikasının Ekologiya və TəbiiSərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətibununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını “Lab Test” QapalıSəhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 985 min manat ödənilib.
Avtomat meteoroloji stansiyaların alınması və quraşdırılmasıişlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, işlərin həvalə edildiyi “Lab Test” QSC 202-ci ildədövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olanQSC-nin qanuni təmsilçisi Sadıxov Anar Ramiz oğludur.