AZ

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir.

Publika.az xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara dəyişiklik edilməsi təklif olunub.

Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliklə əlaqəli qeyd olunub ki, hazırda məktəbəqədər yaşlı uşaqların təhsili yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, həm də məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəblərində və uşaqlar üçün icma əsaslı təlim qruplarında həyata keçirilir.

Aparılan araşdırmalar göstərir ki, ölkədə fəaliyyət göstərən bəzi özəl uşaq inkişaf mərkəzlərində məktəbəqədər yaşlı uşaqların təhsili praktikası mövcuddur.

Seçilən
27
9
publika.az

10Mənbələr