“Hypers Guba”nın futbolçusu Hüseyn Novruzov II Liqada “Ayın qolu” layihəsi çərçivəsində may ayı üçün ən yaxşı qolun müəllifi seçilib.

Offsideplus.az xəbər verir ki, ona müfakat bu gün AFFA-nın inzibati binasında təqdim olunub.

Mükafatı H.Novruzova Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli verib.

Qeyd edək ki, "Hypers Guba" 2024/2025 mövsümünü 4-cü pillədə başa vuraraq I Liqaya vəsiqə uğrunda pley-offda "Difai" ilə qarşılaşıb. Lakin bu oyunda 1:3 hesabı ilə uduzan Quba təmsilçisi II Liqada qalıb.