AZ

3 yaşadək uşaqların valideynlərinə müəyyən güzəştlərin tətbiq olunması TƏKLİF EDİLİR

Bakı. Trend:

Uşağın ilk 3 ili onun emosional, psixoloji və nevroloji inkişafıbaxımından ən vacib dövrdür. Bu dövrdə körpənin əsas ehtiyacıoyuncaq deyil, ana qucağı, sevgi və sabitlikdir. Bu yaşda ana iləemosional bağın qurulması, təhlükəsizlik hissi və sabitlik uşağıngələcək psixoloji sağlamlığı üçün əsasdır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü FatmaYıldırım komitənin bu gün keçirilən iclasında “Təhsil haqqında” və“Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsibarədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, təəssüf ki, bir çox valideyn işrejiminin və həyat tələblərinin təsiri ilə bu dövrdə uşağı bağçayagöndərməyə məcbur olur. Nəticədə, körpələr səs-küylü, yad mühitədüşür və bu, onların daxili stressini artırır.

“Təklif edirəm ki, 0-3 yaşlı uşaqlara baxan valideynlər üçünçevik iş rejimi, qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçünonlayn çalışmaq icazələri qanunla tənzimlənərək tətbiq olunmamexanizmlarinə baxılsın. Ev əsaslı baxım dəstəklənsin, dayə və ailəyardım proqramları gücləndirilsin. Uşaq bağçalarında uyğunlaşmamərhələli və fərdi şəkildə həyata keçirilsin. Uşağın psixolojivəziyəti nəzərə alınsın. Valideynlərə psixoloji və bağçayaadaptasiya mövzusunda maarifləndirici dəstək verilsin”, - deyədeputat qeyd edib.

Məqalədə:
Seçilən
37
3
az.trend.az

2Mənbələr