BAKI, 11 iyun. TELEQRAF
“Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçment prosesi başlayıb və onun sonu yalnız bir ola bilər: qələbə”.
Teleqraf xəbər verir ki, bunu impiçment prosesinin təşəbbüskarı, Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, “Şərəfim var” fraksiyasından olan 6 deputat baş nazirə etimadsızlıq prosesinin başladılması üçün blankı imzalayıb.